Ru
21:16 / 29 Sentyabr 2026

Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq

Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
Eye

İstanbul Beynəlxalq Hava Limanında üzərinə həbs qoyulmuş İranın “Caspian Airlines” aviaşirkətinə məxsus təyyarə sentyabrın 29-da Tehrana qayıdacaq.


"Bakupost" xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

“Caspian Airlines aviaşirkəti dərhal məsələni araşdırmağa və razılaşdırmalara başlayıb, aidiyyəti xidmətlərin iştirakı ilə zəruri hüquqi və inzibati tədbirlər görülüb. Türkiyədə saxlanılan “Caspian” təyyarəsi bu gün ölkəyə qayıdacaq”, - açıqlamada bildirilib.

Dünən Türkiyənin T24 portalı “Caspian Airlines” aviaşirkətinin Türkiyənin “ACM Temsil” şirkətinə olan 3 milyon avro borcu səbəbindən İstanbul Beynəlxalq Hava Limanında aviaşirkətə məxsus təyyarənin üzərinə həbs qoyulduğu haqda məlumat yaymışdı.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar