Ru
23:45 / 08 Sentyabr 2026

Türkiyədən 12 ölkənin İsrailə qarşı birgə sanksiya qərarına REAKSİYA

Türkiyədən 12 ölkənin İsrailə qarşı birgə sanksiya qərarına REAKSİYA
Eye

Türkiyə 12 ölkənin İsrailə qarşı birgə sanksiya qərarını dəstəkləyir.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

"Biz Böyük Britaniya, Fransa və Kanada başda olmaqla 12 ölkənin İordan çayının qərb sahilində qanunsuz məskunlaşmalarla ticarət və biznes əlaqələrinin qadağan edilməsi üçün atdığı addımları alqışlayırıq və dəstəkləyirik", - bəyanatda bildirilir.

Bəyanatda İsrailin iki dövlətli həlli aradan qaldırmaq səylərinin gündən-günə gücləndiyi vurğulanaraq, qanunsuz məskunlaşmaların sistematik işğal siyasətinə çevrildiyi, Fələstin Dövlətinin mövcudluğunu təhdid etdiyi və "məskunlaşma terrorunun" etnik təmizləmə səviyyəsinə çatdığı vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar