Ru
14:15 / 04 Noyabr 2025

Türkiyəli məşhur idman şərhçisi Bakıya gəlir – Aeroportdan fotolarını paylaşdı

Türkiyəli məşhur idman şərhçisi Bakıya gəlir – Aeroportdan fotolarını paylaşdı
Eye

“London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır”.

Bakupost.az xəbər verir ki, bu sözləri deyən məşhur idman şərhçisi, Türkiyənin “Beyaz TV” kanalında yayımlanan “Beyaz futbol” proqramının aparıcısı Ertem Şener Bakıya gəlir.

Məşhur aparıcı sosial şəbəkələrdəki hesablarından aeroportdan görüntüləri paylaşıb. O, “Qarabağ” – “Çelsi” qarşılaşmasını canlı izləyəcək.

Ertem Şener “Qarabağ” sevdalısıdr və hər zaman proqramlarında bunu xüsusi vurğulyır:

““Qarabağ” elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir. “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. İndi deyirlər – “Qarabağ”la oynayacağıq, amma bu “Qarabağ” 2017-ci ildəki deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.

Ertem Şeneri Bakıya Azərbaycanın “Sport TV” kanalı dəvət edib. O, “Qarabağ” və “Çelsi” arasında baş tutacaq oyundan əvvəl və sonra efirdə olacaq.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Cavid, BakiPost








Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar