Ru
13:34 / 21 Oktyabr 2026

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Türkiyənin 31 vətəndaşı  "arzuolunmaz şəxs" elan edildi
Eye

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə vətəndaşları Azərbaycan qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:

Ahmet Barış İyison – "İyison Medya" şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri;

Cem Özyurt – bloger;

Akın Duru – TV8 və "Acunmedya" əməkdaşı;

Dursun Eker – jurnalist, "File Prodüksiyon Hizmetleri";

Adem Özköse – jurnalist, siyasi analitik, yazıçı;

Muhammed Emin Yıldırım – "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi;

Cüneyt Sezer – bloger, sosioloq, publisist və siyasi analitik;

Serhat Koyuncu – ictimai xadim;

Mikail Ayyıldız – dini yazar və araşdırmaçı;

Ahi Aratoğlu – araşdırmaçı yazar, şair və sosioloq;

Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025);

Fatih Erbakan – Yenidən Rifah Partiyasının sədri;

Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini;

Aydın Binboğa – iqtisadçı, siyasətçi;

Hakkı Eren – "Köklü Değişim" jurnalisti;

Sait Seyitoğlu – HÜDA PAR Partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri;

Mehmet Boynukalın – Marmara Universiteti ilahiyat professoru, Ayasofya İmam-Hatibi;

Okan Aytaş – jurnalist, "Finansopia Medya" şirkətinin sahibi;

Mert Armağan – jurnalist;

Yaşar Yavuz – "Yeni Şafak", "Diriliş Postası", "Referans", jurnalist;

Ahmet Sırrı Arvas – şair, jurnalist, yazıçı;

Yusuf Kaplan – yazıçı, jurnalist;

Erdinc Teğmen – "Erte Medya"nın sahibi;

Ahmet Çakar – idman şərhçisi, keçmiş futbol hakimi;

Halil Atakan Ay – ilahiyyatçı

İsmail Kılıçarslan – TV NET, "Yeni Şafak" qəzeti;

Murat Şahin – Akıt TV-də proqram aparıcısı;

İrfan Kaya Ülger – Akıt TV-də proqram aparıcısı;

Fatin Dağistanlı – Akıt TV-də proqram aparıcısı;

Ömer Ulutaş – Totpaq Partiyasının sədri;

Ömer Faruk Gergerlioğlu – millət vəkili.

XİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar