Ru
16:06 / 17 Oktyabr 2026

Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı...

Türkiyənin enerji tarixində ilk:  Ərdoğan açıqladı...
Eye

Türkiyənin ilk üzən qaz hasilatı platforması "Osman Qazi" Filyosdan "Mavi Vətən"dəki fəaliyyət məntəqəsinə yola salındı.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O qeyd edib ki, bu gün Türkiyə enerji tarixində tamamilə yeni bir səhifə açır:

“Üzən bir sənaye qurğusu olan "Osman Qazi"ni Qara dənizdəki fəaliyyət məntəqəsinə yola salırıq. "Osman Qazi" "Mavi Vətən"imizdəki ilk "fabrik" rolunu oynayır. Sözügedən platformanın uzunluğu 298,5 metr, eni 56 metr, dərinliyi 29,5 metrdir və 140 nəfərlik heyətə sahibdir. 21 ayrı qurğu ilə təchiz olunmuş bu sistem, Sakarya qaz yatağındakı quyulardan çıxarılan qazı emal edəcək və sualtı boru kəmərləri vasitəsilə Filyosa nəql olunacaq. Nəticədə, Qara dənizdəki təbii qaz hasilatımız 2 dəfə artaraq gündəlik 20 milyon kubmetrə çatacaq. Eyni zamanda 2027-ci ilin əvvəlinə qədər hər 3 evdən biri yerli istehsalımız olan təbii qazdan istifadə edəcək”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar