Ru
16:51 / 22 İyul 2026

Türkiyəyə məxsus yük gəmisinə hücum – Ölən və yaralananlar var

Türkiyəyə məxsus yük gəmisinə hücum –  Ölən və yaralananlar var
Eye

Türkiyəyə məxsus "Mv Reyhan Sarı" adlı yük gəmisi Novorossiysk sahilləri yaxınlığında hücuma məruz qalıb.

"Bakupost" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmi Rusiyadan yüklədiyi kömürü Trabzona apararkən pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.

Məlumata görə, hücum nəticəsində gəminin mühərrik bölməsində çalışan bir nəfər həyatını itirib, daha üç ekipaj üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra gəmidə təhlükəsizlik tədbirləri gücləndirilib və ekipajın təhlükəsizliyi üçün zəruri addımlar atılıb.

Hazırda baş vermiş insidentin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar