Ru
12:31 / 22 Yanvar 2026

Üç saatlıq gecikməyə görə kompensasiya – Əl yükü pulsuz olacaq

Üç saatlıq gecikməyə görə kompensasiya – Əl yükü pulsuz olacaq
Eye

Avropa Parlamenti uzun müddətdir müzakirə edilən hava limanı sərnişinlərinin hüquqları ilə bağlı qanunu 633 lehinə, 15 əleyhinə olmaqla qəbul edib.

Bakupost.az Avropa KİV-inə istinadən xəbər verir ki, yeni qaydalara əsasən uçuşların üç saat gecikməsi halında aviaşirkətlər sərnişinlərə 300-600 avroluq kompensasiya ödəyəcək, həmçinin kiçik əl yükü (40×30×15 sm, ümumi ölçüsü 100 sm və çəkisi 7 kq-a qədər olan) üçün ödəniş alınmayacaq.

Sərnişinlərin müsbət qarşıladığı qərarı tənqid edən aviaşirkətlər yeni qaydalar səbəbindən bilet qiymətlərinin kəskin bahalaşacağını bildiriblər.

Sənədin qüvvəyə minməsi üçün Avropa Birliyi ölkələrinin razılığı tələb olunur.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar