Ru
16:46 / 10 Oktyabr 2025

Üç yaşlı qızını pəncərədən atan ata... - Səbəb narkotikdir?

Üç yaşlı qızını pəncərədən atan ata... -  Səbəb narkotikdir?
Eye

Üç yaşlı qızını pəncərədən atan Ufa sakini kəskin psixotik xəstəlikdən əziyyət çəkə bilərdi.

Bakupost.az xəbər verir ki, bu fikirləri Gazeta.ru-ya müsahibəsində psixiatr Vladimir Katorgin deyib.

O, həmçinin kişinin bu cür davranışının irsiyyətdən gələn psixi pozgunluq və ya sintetik narkotik istifadəsi nəticəsində ola biləcəyini də qeyd edib.

"Mənə elə gəlir ki, psixiatr olmayanlarda belə, onun normal adam olmadığını təəssüratı yaranır. Mən güman edə bilərəm ki, o, ya alkoqolun, müasir sintetik narkotiklərin səbəb olduğu kəskin psixotik pozğunluq keçirib, ya da güclü irsi problemləri olub və özünü büruzə vermə vaxtı çatıb. Bu da mümkündür", - psixiatr bildirib.

O qeyd edib ki, belə bir vəziyyət əvvəllər davranış anomaliyaları müşahidə olunmayan adamda birdən-birə yarana bilir.

Xatırladaq ki, oktyabrın 9-da üç yaşlı qızına baxmaq üçün evdə qalan 34 yaşlı ata naməlum səbəbdən uşağı dördüncü mərtəbənin pəncərəsindən atıb. Qız xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub, hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar