Ru
22:50 / 15 Avqust 2026

Ucarda dəhşətli qəza: Ölənlərdən birinin kimliyi BİLİNDİ

Ucarda dəhşətli qəza: Ölənlərdən birinin kimliyi BİLİNDİ
Eye

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Bakupost" APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı "Gazelle"dəki iki nəfər hadisə yerində həyatını itirib.

Ölənlərdən birinin kimliyi məlum olub. O 1980-cı il təvəllüdlü Mirzəyev Elnur Elman oğludur. Mərhum məcburi köçkün kimi Mingəçevirdə qeydiyyatda olsa da, Gəncədə Qaz istismarı idarəsində çalışır və orada yaşayır.

Digər mərhumun isə kimliyi isə dəqiqləşdirilir.
İddialara görə, hər iki şəxs Ağdam rayon sakinləridirlər. Mingəçevirdə yaşayırlar.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar