Ru
17:29 / 10 Sentyabr 2026

“Üçüncü savaşın olmayacağına kim zəmanət verə bilər?” – Orduda dəyişiklik çağırışı

“Üçüncü savaşın olmayacağına kim zəmanət verə bilər?” – Orduda dəyişiklik çağırışı
Eye

Azərbaycan Ordusu daim inkişaf edir. Hazırda ordumuz ən müasir silah-sursatla, hərbi texnika ilə təmin edilir. Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır.


Amma bununla belə, orduda hələ də sovetdən qalma köhnəlmiş bir sıra qaydalar saxlanılmaqdadır. Ordumuzda baş geyimi olmadan əli başa qaldıraraq hərbi salam vermək qaydası artıq tətbiq olunur. Amma bununla belə, salam vermək qaydası hələ də sovet hərbi ənənəsinə uyğun olaraq həyata keçirilir. Yəni 1975-ci il hərbi nizamnaməsinə uyğun olaraq hərbçi baş geyimində olduqda sağ əlini onun kənarına qaldırır. Halbuki, Türkiyə daxil NATO ölkələrində salam vermə qaydası fərqlidir.

Hərbçi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, hərbçilərin geyimilə bağlı məsələdə müəyyən dəyişikliklərə ehtiyac var:


“Hərbçilərimiz 40 dərəcədə istidə belə sərt formalı kitel geyməkdə davam edirlər və bu diskomfort yaradır. Halbuki, NATO ölkələrinin hərbçiləri yüngül, sərbəst formada olurlar. Bu ölkə ordularında hərbi geyimlər rahat olmaqla yanaşı, sadədir. Ölkəmizdə də belə bir geyim sistemi tətbiq edilməlidir. Alternativ xidmət haqqında qanun da qəbul edilməlidir”.

Müsahibimizin fikrincə, Azərbaycanda bu sahədə təşəbbüs göstərməyə nədənsə ehtiyat edirlər:

“Nazirlər Kabinetinin bir qərarı Azərbaycan qanunlarından üstün götürülür. Nədənsə, II Qarabağ müharibəsi iştirakçılarına I Qarabağ müharibəsi iştirakçılarına nisbətdə üstünlük verilir. Bu başa düşülən deyil. Üçüncü bir savaşın olmayacağına kim zəmanət verə bilər ki? Sağımız-solumuz narahat ölkələrlə doludur. Ölkəmizin müdafiəsinin təşkili üçün lazımi işləri görməliyik, necə ki, görürük”.

Rüfət Sultan,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar