Ru
18:45 / 29 Sentyabr 2026

Ucuzdu deyə Azərbaycanda çoxları bu maşınları alır

Ucuzdu deyə Azərbaycanda çoxları bu maşınları alır
Eye

Çin avtomobillərinin Azərbaycan bazarındakı payı son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Xüsusilə "BYD", "Changan", "JAC", "Dong Feng", "GAC" və "Geely" kimi markalarda satışların artımı diqqət çəkir. Eyni zamanda, ənənəvi avtomobil markalarına olan tələbdə də dəyişiklik müşahidə olunur.

Çin avtomobillərinə tələbin bu qədər artmasının əsas səbəbləri nələrdir və bu tendensiya yerli avtomobil bazarına necə təsir göstərə bilər?

"Bakupost" xəbər verir ki, Avtomobil üzrə mütəxəssis Elməddin Novruzov Demokrat.az-a açıqlamasında Çin avtomobillərinin əsas üstünlüklərindən birinin qiymət-sərfiyyat nisbətinin münasib olması olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, bununla yanaşı, bu avtomobillər komfortu, yolsuzluq imkanları, sürücünün gündəlik ehtiyaclarını qarşılaması və müasir texnologiyaları ilə də diqqət çəkir:

"Ən əsası isə bir çox Çin avtomobillərində rahatlığa xüsusi önəm verilir və bu baxımdan onlar digər avtomobillərlə müqayisədə daha komfortlu istifadə imkanları təqdim edir. Yaxın bir neçə il ərzində Çin avtomobillərinin dünya avtomobil bazarındakı payı daha da artacaq. Xüsusilə plug-in hibrid modellərin geniş yayılacağını hesab edirəm. Bu avtomobillər həm yanacaq sərfiyyatının azalması, həm elektrik enerjisindən istifadə imkanının olması, həm də uzun məsafələr üçün daha əlverişli olması baxımından istehlakçıların tələblərinə cavab verir".

Elməddin Novruzov əlavə edib ki, bir neçə ildən sonra Çin avtomobilləri, xüsusilə də plug-in hibrid modellər dünya avtomobil bazarında daha böyük yer tutacaq və avtomobil sənayesində ciddi dəyişikliklərə səbəb olacaq.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar