Ru
21:40 / 06 Avqust 2026

UEFA FİFA turnirlərinə qarşı boykotu davam etdirəcək

UEFA FİFA turnirlərinə qarşı boykotu davam etdirəcək
Eye

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Dünya Çempionatı ilə bağlı hüquqların bir hissəsinin satılması planından imtina edilməsinə baxmayaraq, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən təşkil olunan turnirləri boykot etməyə davam edəcək.

“Bakupost” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

UEFA boykotun davam etdirilməsinin səbəbini izah edərkən bildirib:

“Böyük yarışların hüquqlarının satılması ilə bağlı təkliflər geri götürülməli idi; bundan əlavə, oyunun mahiyyətini təhrif etməyə yönəlmiş belə cəhdlərin bir daha təkrarlanmayacağına dair təminatlar tələb olunur. Bu şərtlər yerinə yetirilməyib”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar