Ru
12:56 / 04 İyul 2026

Uğursuz film ona milyonlar qazandırdı

Uğursuz film ona milyonlar qazandırdı
Eye

ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında çəkilən sənədli film kinoteatrlarda gözlənilən uğuru qazana bilməsə də, layihə ona milyonlarla dollar qazandırıb.

"Bakupost" lent.az-a xəbər verir ki, söhbət Donald Trampın yenidən Ağ evə qayıtmasından əvvəlki son 20 günü əhatə edən sənədli filmdən gedir. Film dünya üzrə kinoteatrlarda zəif izləyici marağı ilə qarşılaşıb və yaradıcıları üçün ciddi maliyyə itkilərinə səbəb olub.

Bununla belə, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi son maliyyə bəyannaməsinə əsasən, Melaniya Tramp filmin lisenziya hüquqlarına görə 10,71 milyon dollar gəlir əldə edib. Bu, hesabat dövründə onun ən böyük gəlir mənbəyi olub.

Layihəyə təxminən 65,5 milyon avro sərmayə yatırılıb. Bunun təxminən yarısı reklam və marketinq xərclərinə yönəldilib. Lakin film dünya üzrə cəmi 14,6 milyon avro gəlir gətirib.

ABŞ-da nümayişin ilk həftəsonunda isə ekran əsəri 7,04 milyon dollar gəlir əldə edib. Halbuki daha əvvəl “Wall Street Journal” filmin yayım hüquqları üzrə müqavilənin dəyərini 28 milyon dollar qiymətləndirmişdi.

Melaniya Trampın gəlirləri bununla məhdudlaşmır. O, öz adını daşıyan memuar kitabının satışından 521 min dollar qazanıb. Bundan əlavə, “NFT” kolleksiyası və digər rəqəmsal aktivlərin satışından 6 milyon dollardan çox gəlir əldə edib.

Hazırda “Amazon” şirkəti sənədli filmin xərclərinin bir hissəsini kompensasiya etmək üçün layihəni “Prime Video” platformasında daha geniş auditoriyaya təqdim etməyə çalışır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar