ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff tanınmış amerikalı fəal və bloqçu Laura Lumer ilə söhbətində münaqişənin həlli ilə bağlı yeni təklifi müzakirə etmək üçün Cared Kuşnerlə yaxın həftələrdə Kiyevə gedəcəyini təsdiqləyib.
Bakupost xəbər verir ki, bu barədə Laura Loomer özünün X sosial media səhifəsində yazıb:
"Mən indicə Stiv Uitkoffla danışdım və o, mənə birbaşa təsdiqlədi ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilə görüş üçün Cared Kuşnerlə birlikdə Ukraynanın Kiyev şəhərinə gedəcək. Onlar yaxın həftələrdə Ukraynaya səfər edəcəklər".