Ru
22:48 / 03 Sentyabr 2025

Uitkoff Parisə gəldi - SƏBƏB

Uitkoff Parisə gəldi - SƏBƏB
Eye

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff sentyabrın 4-də baş tutacaq görüşdən əvvəl Parisə gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters“ diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoff, çox güman ki, Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparacaq, lakin onun sentyabrın 4-də keçiriləcək müzakirədə iştirak edib-etməyəcəyi barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, “Agence France-Presse” Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderlərinin, həmçinin Volodimir Zelenskinin sentyabrın 4-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacağı barədə məlumat vermişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar