Ru
19:34 / 04 Noyabr 2025

Ukrayna bu tarixədək AB-yə daxil ola bilər

Ukrayna bu tarixədək AB-yə daxil ola bilər
Eye

Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla yeni ölkələr 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) qoşula bilər.

Bakupost.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə mətbuat konfransında deyib.


“Biz 2030-cu ilə qədər Aİ-yə daxil olmağı yeni ölkələr üçün real məqsəd hesab edirik”, - o, Avropa Komissiyasının (AK) illik hesabatını təqdim edərkən bildirib.

Kallas vurğulayıb ki, Aİ yuxarıda adı çəkilən dörd ölkənin ən yaxşı perspektivlərə malik olduğuna inanır.

Onun sözlərinə görə, Aİ-yə mümkün üzvlük Ukrayna üçün “mühüm təhlükəsizliyin təminatına” çevrilə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar