Ru
17:54 / 04 Mart 2026

Ukrayna daha bir zavodu vurdu – “Uralxim” PUA hücumuna məruz qaldı – VİDEO

Ukrayna daha bir zavodu vurdu –  “Uralxim” PUA hücumuna məruz qaldı – VİDEO
Eye

Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Kirov vilayətində kimya müəssisəsinə zərbə endirib. Hücum Kirovo-Çepetsk şəhərində yerləşən “Uralxim” zavoduna olub.

Bakupost.az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, yerli hakimiyyət zərbənin baş verdiyini təsdiqləsə də, konkret olaraq hansı obyektin vurulduğunu açıqlamayıb. Vilayətin qubernatoru Aleksandr Sokolov insident nəticəsində xəsarət alan olmadığını bildirib.

Zərbə endirilən müəssisənin “Uralxim” şirkətinin Kirovo-Çepetsk filialı olduğu qeyd edilir. Şirkətin rəsmi məlumatına əsasən, bu filial Rusiyanın ən iri mineral gübrə istehsalçılarından biridir və xüsusilə ammonium nitrat (ammiak selitrası) istehsalı ilə tanınır.

Məhz bu məqam müəssisənin mümkün hərbi əhəmiyyətini gündəmə gətirir. Ammonium nitrat əsasən kənd təsərrüfatında gübrə kimi istifadə olunsa da, eyni zamanda sənaye partlayıcılarının istehsalında da tətbiq edilə bilir. Hərbi sənayedə istifadə olunan bəzi partlayıcı maddələrin tərkibində bu komponent yer alır.

“Uralxim”ın həmtəsisçilərindən biri rusiyalı iş adamı Dmitry Mazepindir. O, Avropa Birliyi, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya, Ukrayna və Yeni Zelandiya tərəfindən tətbiq edilən sanksiyalar siyahısındadır. Şirkətin özü də son illərdə Qərb ölkələrinin diqqət mərkəzində olub.




Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar