Ru
16:39 / 25 Dekabr 2025

Rusiyanın ən böyük qaz kompleksi və limanı vuruldu – VİDEO

Rusiyanın ən böyük qaz kompleksi və limanı vuruldu – VİDEO
Eye

Ukrayna ordusunun (SBU) pilotsuz uçuş aparatları (PUA) bu gün Rusiyada daha iki strateji enerji obyektinə hücum edib. Hadisə yerlərində güclü partlayışlar və yanğınlar baş verib.

Bakupost.az Rusiya mediasında istinadən xəbər verir ki, ilk zərbə Temryuk limanına olub. Krasnodar regionu yerləşən limanda hücum nəticəsində iki neft anbarı yanıb. Yanğın səbəbindən ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Liman region üçün strateji əhəmiyyət daşıyır və Rusiya neft məhsullarının ixracında əsas rol oynayır.

Digər hücum Orenburq qaz-kimya kompleksinə olub. İllik 37,5 milyard m³ qaz emal edən müəssisə dünyanın ən böyük qaz-kimya kompleksidir. PUA hücumları istehsal prosesinə ciddi təsir göstərib və obyektin fəaliyyətində gecikmələrə səbəb olub.

Hücumların SBU tərəfindən planlandığı və həyata keçirildiyi yerli mənbələr tərəfindən təsdiqlənib. Hadisələr nəticəsində böyük yanğınlar baş verib.

Ukrayna ordusu Bu gün gündüz saatlarında 13 raket və 84 PUA ilə Rostovdakı Novoşaxtinsk Neft Emalı Zavoduna da hücum edib. Nəticədə güclü partlayışlar baş verən zavoddan böyük tüstü buludu yüksəlib. Xatırladaq ki, zavod sonuncu dəfə oktyabrın 19-da güclü hücuma məruz qalmışdı.

Analitiklər bildirirlər ki, son aylarda Rusiya enerji infrastrukturuna qarşı PUA və raket zərbələri artıb. Xəzər dənizindəki “Lukoil” neft platformaları və “kölgə donanması”nın neft tankerləri vaxtaşırı hücuma məruz qalıb. Bu, Rusiyanın strateji enerji obyektlərinin təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar