Ru
17:35 / 19 Dekabr 2025

Ukrayna yenə “Lukoyl” platformasını vurdu – 10 gündə dördüncü hücum – FOTO

Ukrayna yenə “Lukoyl” platformasını vurdu – 10 gündə dördüncü hücum – FOTO
Eye

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus üçüncü neft hasilatı platformasını pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.

Bakupost.az “UNİAN”a istinadən xəbər verir ki, bu dəfə “Rakuşeçnoye” (Valeri Qrayfer adına) yatağındakı platforma vurulub. PUA-larla platformanın qaz turbin qurğusuna dəqiq zərbə endirildiyi qeydə alınıb.

SBU‑ya yaxın mənbə UNIAN‑a bildirib ki, hədəf uğurla vurulub və avadanlıq sıradan çıxıb.



Bu, son on gün ərzində Ukrayna ordusunun Xəzər dənizində dördüncü əməliyyatıdır.

Xatırladaq ki, dekabr 11-də Filanovski platforması, 12-də isə Filanovski platforması ilə bərabər Korçagin platformaları vurulmuşdu. Ayın 15-də PUA-lar yenidən Korçagin yatağındakı platformaya zərbə endirmiş, kritik avadanlıq zədələnmişdi.



Eyni zamanda, Kalmiqiya sahilləri yaxınlığındakı “Kompozitor Rahmaninov” və “Askar-Sarıca” gəmilərini də hədəfə almışdı. Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə olunan gəmilər İrana silah daşıdığı üçün ABŞ sanksiyalarına daxil edilmişdi. Hücumlar zamanı gəmilərin marşrutu və daşıdığı yük barədə məlumatlar “Çernaya Iskra” hərəkatının nümayəndələrindən əldə olunmuşdu.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar