Ru
22:25 / 21 Sentyabr 2026

Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir

Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
Eye

Ukraynadakı müharibə dünyanın ən mürəkkəb münaqişəsidir, onun həlli yalnız zaman məsələsidir.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.

Onun sözlərinə görə, Amerika tərəfi Ukrayna Prezidenti Volodimir Zelenski ilə qarşıdan gələn danışıqlar nəticəsində müsbət irəliləyişlərə ümid edir.

"İnanıram ki, Donald Tramp sabah, ya da o biri gün Prezident Zelenski ilə görüşəcək. Buna görə də əminəm ki, müəyyən irəliləyişlər olacaq", - Vens deyib.

ABŞ vitse-prezidenti Rusiya-Ukrayna müharibəsinin həlli ən çətin beynəlxalq münaqişə olduğunu etiraf etdi. Buna baxmayaraq, Ağ Ev döyüşlərə son qoymaq üçün fəal səylərini davam etdirməkdə qərarlıdır.

Vens bu problemi həll etməyə ciddi şəkildə çalışan prezidentin komandasında işləməyə üstünlük verdiyini vurğulayıb və sonda uğur qazanacağına əminliyini bildirib.

"Düşünürəm ki, bu, sonda həll olunacaq? Bəli, bu, sadəcə zaman məsələsidir", - deyə amerikalı siyasətçi yekunlaşdırdı.

Xatırladaq ki, Zelenski bu yaxınlarda Ukrayna və ABŞ-ın Nyu-Yorkda yüksək səviyyəli görüşə hazırlaşdığını və bunun gələcək diplomatik yola əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar