Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib.
"Bakupost" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.
O qeyd edib ki, Dnepropetrovsk və Kiyev vilayətlərindən olan daha 30 uşaq Azərbaycana gəlib.
Diplomat bildirib ki, müharibə başlayandan sonra indiyədək ümumilikdə 722 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.
Yuri Qusev uşaqlara göstərilən qayğıya və həmrəyliyə görə Azərbaycana dərin təşəkkürünü bildirib.