Ru
23:15 / 16 İyul 2026

Ukraynanın müdafiə naziri vəzifəsini müvəqqəti olaraq o icra edəcək

Ukraynanın müdafiə naziri vəzifəsini müvəqqəti olaraq o icra edəcək
Eye

Ukraynanın müdafiə naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Yevgeni Xmara icra edəcək.

"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Xmara Malyukun istefasından sonra Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sədri vəzifəsini icra edirdi. Bundan əvvəl isə SBU-nun “A” xüsusi əməliyyatlar mərkəzinə rəhbərlik edib.

Qeyd edək ki, Fedorovun vəzifədən azad edilməsindən sonra Ukraynanın müdafiə naziri postuna daxili işlər naziri İqor Klimenko təyin olunacağı ehtimal edilirdi, lakin bu barədə qərar qəbul edilmədi.

Həmçinin Ukrayna qanunlarına görə müdafiə nazirliyinə yalnız mülki şəxs rəhbərlik edə bilər. Xmara isə formal olaraq hələ də fəaliyyətdə olan hərbçidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar