Ru
22:16 / 15 Sentyabr 2026

Ukraynaya 34-cü hərbi yardım paketini göndərdilər

Ukraynaya 34-cü hərbi yardım paketini göndərdilər
Eye

Finlandiya Ukraynaya dəyəri 290 milyon avro olan 34-cü hərbi yardım paketini göndərir.


“Bakupost” xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin öz saytında açıqladığı məlumata görə, bu, ölkənin təqdim etdiyi həcminə görə ikinci ən böyük yardım paketidir.

Helsinki indiyədək Kiyevə ümumi dəyəri 3,6 milyard avro olan müdafiə təyinatlı vasitələr tədarük edib.

“Finlandiya Ukraynanın müdafiə mübarizəsini dəstəkləməyə davam edir... Müharibə dövründə biz ehtiyaclara uyğun olaraq maddi dəstək göstərmişik. Mövcud ehtiyatların təmin edilməsi ilə yanaşı, biz dəstək proqramına yerli müdafiə sənayesi şirkətlərini də daxil etmişik və onların məhsulları da bu paketin bir hissəsini təşkil edir”, – deyə müdafiə naziri Antti Hakkanen bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar