Ru
22:21 / 16 İyun 2026

Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı

Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı
Eye

İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayır.

Nəşrin mənbələri hələlik hansı növ təyyarənin aviasiya qəzasına uğradığını dəqiqləşdirmirlər.

Lakin yerli "Telegram" kanalları bunun "MiQ-29" qırıcı təyyarəsi ola biləcəyini yazırlar.

"Telegram" kanallarının məlumatına görə, hadisə Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlər əvvəlcə təyyarə səsi, ardınca isə güclü partlayış eşidiblər.

***

Ukraynaya məxsus Su-24 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki ekipaj üzvü həlak olub.

Bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Daha öncə MiQ-29-un qəzaya uğradığı bildirilirdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar