Ru
22:22 / 27 İyun 2026

Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir

Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfi ilə Alyaskada əldə olunmuş razılaşmaların bəzi bəndlərini yenidən nəzərdən keçirə bilər.


Bakupost.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, söhbət Rusiyanın Donbas üzərində nəzarətinin təsbit olunmasını nəzərdə tutan müddəalardan gedir. Belə ki, Tramp Alyaskada razılaşdırılmış şərtlərdən uzaqlaşmağa hazır olduğunu açıq şəkildə ifadə edib. Həmin şərtlərə əsasən, ABŞ tərəfi Moskvanın Donbasda təsirini saxlamaq tələbini gələcək sülh planında qəbul etmişdi.

ABŞ administrasiyasından anonim mənbənin nəşrə bildirdiyi məlumata görə, Tramp ictimai çıxışlarında Rusiyaya təzyiqin artırılmasından danışsa da, bəzi beynəlxalq liderlər onun bu niyyətinin real addımlarla dəstəklənəcəyinə şübhə edirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar