Ru
18:45 / 27 İyul 2026

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ - FOTO

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ - FOTO
Eye

Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.


"Bakupost" "Report"a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.

Yeni təyin olunan müavini nazirliyin kollektivinə ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev təqdim edib.

Qeyd edək ki, Ü.Hacızadə bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar