Urmiya gölündə suyun həcminin 18 dəfə artdığı bildirilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi Qərbi Azərbaycanın (İranda əyalət - red.) Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisinin bəyanatına istinadən məlumat yayıb.
Ötən ilin noyabrında göldə suyun həcmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadrat kilometr təşkil edib.
"Bu məlumatların mövcud vəziyyətlə müqayisəsi suyun həcminin 18 dəfə artdığını və gölün vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərir", - agentlik qeyd edib.