Ru
16:40 / 31 Avqust 2026

Uşağın loqoped tərəfindən döyülməsinə REAKSİYA: “Bütün reabilitasiya mərkəzləri yoxlanılmalıdır”

Uşağın loqoped tərəfindən döyülməsinə REAKSİYA:  “Bütün reabilitasiya mərkəzləri yoxlanılmalıdır”
Eye

Şirvanda loqopedin nitq qüsurlu uşağı məşğələ zamanı döyməsini əks etdirən görüntülərin yayılması ciddi etiraz doğurub.

Bakupost.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyasının və Türk Dövlətləri Autizm Federasiyasının rəhbəri Elnur Məmmədli yayılan görüntülərə münasibət bildirərək, hadisənin reabilitasiya və xüsusi təhsil mərkəzlərində nəzarət problemini yenidən gündəmə gətirdiyini deyib.

“Autizmli uşağa qarşı zorakılığı əks etdirən görüntülər hər bir valideyn üçün ağırdır. Amma bu, təkcə bir hadisə deyil – illərdir diqqət çəkdiyimiz sistemli problemin göstəricisidir. Bu məsələyə artıq susmaq olmaz”, – deyə o bildirib.

E.Məmmədlinin sözlərinə görə, autizm, reabilitasiya və xüsusi təhsil mərkəzlərinə ciddi dövlət nəzarəti təmin edilməlidir. Bütün mərkəzlər lisenziyalaşdırılmalı, burada çalışan mütəxəssislərin ixtisası və peşəkarlığı yoxlanılmalı, uşaqların təhlükəsizliyi üçün vahid standartlar tətbiq olunmalıdır.

Assosiasiya rəhbəri, həmçinin mərkəzlərdə mütəmadi dövlət nəzarətinin həyata keçirilməsini, zorakılıq və qeyri-insani davranış hallarına qarşı sərt tədbirlərin görülməsini, valideynlərin şikayətlərinin operativ araşdırılmasını vacib sayıb.

“Söhbət sadəcə xidmət sahəsindən getmir. Söhbət uşaqlarımızın təhlükəsizliyindən, sağlamlığından və gələcəyindən gedir. Uşaqlarımız heç kimin üzərində təcrübə obyekti deyil! Artıq yalnız reaksiya vermək yox, konkret tədbir görmək vaxtıdır!”, – Elnur Məmmədli vurğulayıb.

Elnur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar