Uşaqların zərərli informasiyadan qorunması milli təhlükəsizliyimizin ayrılmaz tərkib hissəsidir. Xüsusilə sosial şəbəkələrin və smart qurğuların uşaqların həyatında mühüm yer tutması, onların həm də əsas təhsil və sosiallaşma mühitinə çevrilməsi bu məsələni daha da aktuallaşdırır.
"Bakupost" xəbər verir ki, bu fikirləri sosioloq Üzeyir Şəfiyev bildirib.
Sosioloq sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqini tamamilə düzgün və zəruri yanaşma hesab edir. Onun sözlərinə görə, yeni qaydalara əsasən, 16 yaşadək uşaqların rəqəmsal platformalarda müstəqil qeydiyyatdan keçməsi qadağan olunur. 16-18 yaş arası yeniyetmələr isə yalnız valideyn və ya qəyyumlarının nəzarəti və məlumatı əsasında qeydiyyatdan keçə bilərlər.