Ru
23:37 / 01 Sentyabr 2026

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - VİDEO
Eye

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir.


"Bakupost" xəbər verir ki, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb.

Valideyn deyir ki, uşağın davranışlarında qəribəlik hiss etdikdən sonra həkimə müraciət ediblər və analizlərin nəticəsinə əsasən, onun qanında psixotrop tərkibli dərman aşkarlanıb:

"Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı. Ümumiyyətlə, hərəkətlərində çox böyük dəyişiklik hiss etdim.

Müəlliməsindən soruşanda bunun adaptasiya dövrü olduğunu və belə halların normal sayıldığını bildirdi. Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər. Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi. Lakin orada bu qədər uşaq var, adamın ürəyi qəbul eləmir ki, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər".

Daha ətraflı "Xəzər TV"nin süjetində:


Şərhlər
  • Süni İntell

    Ailə, böyük-rəhbərlik, kollektiv, cami, ölkə, dövlət hamı-birlikdə eyni bir Yaşam uğrunda, elə 98də də hamının eyni yüksək rifahına çalışırlar! Səhv, kobud hallar, əks, tərs hadisələrin ciddi diqqət və heç bir tərəfkeşsiz-Neytral səhih tədqiq-təhlilləri günahı-səbəbi daşıyıcısı üzrə dəqiq aşkarlamalıdır? Uşaq Baxçamızdan elə cami problemi kimi sanki, qəti hüquqları unudub-pozuq Beynəlxalq Münasibətlərə də uyğun izahına-əsas səbəinə çıxırıq. Heç Siyasətçi güclü-Böyük-Məsul (hüquqi-sərhəddi aşmadan!) kimi deyil, əlavə pay, ya Post daşıyıcısı hərisinə çevrilir? Səhvi separat, naməlum gözlənilməz, gizli adlandırmaq olar!? Bəlkə, Qarabağ həllinə qayıdaq? SSRİ Kremli və rəsmi Bakı *Deport Cinayəti*nə hüquqi qətiyyətini göstətmədi ki, 1)azərbaycanlı da olsa Ermənistan vətəndaşına məsul öz Respublikası və SSRİ dövləti məsuldur!? 2)1987ci il əski DQMV sovetliyinin enti-azərbaycanlı terroruna, hətta 14.06.1988ci il rəsmən işğal fərmanından sonra belə yüksək Rəsmilər nə Bakı, nə Kreml anti-konstitusion dövlətə qarşı cinayət işi açdılar? Sanki, ölkə üzrə kütləvi terror cinayətinə məxfi-separat *yaşıl hərəkat* impulsu verib, *satıb* aradan çıxacaqlarmış?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar