Ru
17:16 / 11 Fevral 2026

“Utanırıq” – Pezeşkian xalq qarşısında çıxış etdi

“Utanırıq” – Pezeşkian xalq qarşısında çıxış etdi
Eye

İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramı ilə bağlı “həddindən artıq tələblərə boyun əyməyəcəklərini” bəyan edərək, İranın nüvə proqramının sülhməramlı xarakterinin təsdiqlənməsi üçün “istənilən nəzarət mexanizminə hazır olduqlarını” açıqlayıb.

Bakupost.az IRNA-ya istinadən xəbər verir ki, Pezeşkian bu gün çıxışı zamanı ölkədə baş verən etirazlar və onların ardınca tətbiq edilən qanlı repressiyalar nəticəsində zərər görmüş bütün vətəndaşlardan üzr istədiyini bildirib. O, etirazlarla bağlı mediada yer alan Qərb təbliğatını da tənqid edib.

Prezident etirazlar və təhlükəsizlik qüvvələrinin müdaxilələri zamanı xalqın yaşadığı böyük ağrını anladıqlarını deyib, lakin təhlükəsizlik qüvvələrinin zorakılıq tətbiq etdiyini birbaşa şəkildə qəbul etməyib.

“Xalq qarşısında utanırıq və zərər çəkən hər kəsə yardım göstərmək bizim borcumuzdur”, – deyən Pezeşkian xalqla qarşıdurma niyyətində olmadıqlarını qeyd edib.

Xatırladaq ki, ötən ay İranda baş verən və hakimiyyətin qanlı repressiya kampaniyası ilə cavab verdiyi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində minlərlə insan həyatını itirib.

Cavid, Bakupost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar