Şair Pünhan İsmayıllı “vağzalı” sözünün mənşəyi və toy ənənələrindəki yeri ilə bağlı maraqlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, “Gün ortası” verilişində çıxışı zamanı bildirib ki, bəy və gəlinin toya “Vağzalı” sədaları altında daxil olması qədim ənənəyə əsaslanır:
“Buradan xahiş edirəm, bəy və gəlin toya vağzalı ilə daxil olsun. Vağzalı ta qədimdən olub”.
Verilişin aparıcısı qeyd edib ki, Nazilə Səfərli gəlinin toydan da vağzalı ilə çıxmalı olduğunu bildirib. Cavab olaraq isə şair bunun yanlış fikir olduğunu vurğulayıb:
“Böyük səhv edib. Elə şey olmayıb. Vaxtilə Qarabağ toylarında avtomobillər deyil, qatarlar rol oynayıb. Gəlini vağzala aparırdılar və bu musiqini çalırdılar. “Vağzalı” sözü də məhz buradan yaranıb. Ondan əvvəl isə gəlinləri ata mindirib yola salırdılar və buna “atdandı” deyirdilər”.
Yasəmən, BakuPost