Ru
15:21 / 14 İyul 2026

Vəfat edən Qrehemin yerinə bacısı senator təyin edildi

Vəfat edən Qrehemin yerinə bacısı senator təyin edildi
Eye

ABŞ-nin Cənubi Karolina ştatında senator seçilən Lindsi Qrehemin bacısı Darlin Qrehem Nordon Senata müvəqqəti üzv təyin edilib.

“Bakupost” xəbər verir ki, təyinat həftəsonu vəfat edən senatorun boş qalan yerini doldurmaq məqsədi daşıyır. Nordon bu vəzifədə yanvar ayına qədər fəaliyyət göstərəcək.

Qərar Prezident Donald Trampın çağırışından qısa müddət sonra verilib. Tramp “Truth” sosial platformasında Nordonu açıq şəkildə dəstəkləyib və bunu “hörmət” adlandırıb.

Darlin Nordon açıqlamasında qardaşı ilə bağlarının çox güclü olduğunu bildirib. O deyib ki, “Lindsi həmişə mənim yanımda olub, indi də mən onun yanında olacağam”.

Qrehem ailəsi çətin uşaqlıq dövrü keçirib. Anaları erkən yaşda vəfat edib, ataları isə iki il sonra dünyasını dəyişib. O zaman 22 yaşında olan Lindsi Qrehem 13 yaşlı bacısını övladlığa götürərək onu böyüdüb.

Qeyd edək ki, bu təyinat müvəqqəti xarakter daşıyır. Respublikaçılar 11 avqustda xüsusi praymeriz keçirəcəklər.

Noyabr seçkilərinin qalibi yanvar ayından etibarən Senatda altı illik müddətə fəaliyyət göstərəcək.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar