Ru
15:38 / 30 İyun 2026

Venesuelada 70 minə yaxın insan dağıntılar altında qalıb - VİDEO

Venesuelada 70 minə yaxın insan dağıntılar altında qalıb - VİDEO
Eye

Venesuelada baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələdən sonra ölənlərin sayı durmadan artır.

Bakupost.az xəbər verir ki, rəsmi məlumatlara görə, həyatını itirənlərin sayı 1719 nəfərə çatıb. Yaralıların sayı isə 5034 nəfərdir. 70 minə yaxın insanın isə dağıntılar altında qaldığı düşünülür.

Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodriges bildirib ki, ümumilikdə 855 bina zədələnib. Onlardan 189-u tamamilə dağılıb.

Zəlzələlər 39 saniyə ara ilə 24 iyunda baş verib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı maddi ziyanı 6,7 milyard dollar qiymətləndirib.

Axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.

Bahar Babașova, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar