ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu bildirib.
"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, Vens Ukrayna ilə ABŞ arasında rəsmi müttəfiqlik münasibətlərinin olmadığını deyib.
"Ukrayna NATO-da deyil və mən onların NATO-ya üzv olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu ölkə çox layiqli, gözəl, çoxlu sayda möhtəşəm insanın yaşadığı bir ölkədir. Biz bəzi məsələlərdə birlikdə çalışacağıq, lakin müəyyən məsələlərdə fikir ayrılıqlarımız olacaq", - deyə o bildirib.
Vensin sözlərinə görə, Kiyev Rusiya neft emalı zavodlarını bombalamağı dayandırmalıdır. O, bu hücumların ABŞ vətəndaşları üçün yanacağın qiymətinin artmasına səbəb olduğunu bildirib.
Yasəmən, BakuPost