Ru
09:09 / 06 Oktyabr 2026

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - VİDEO

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu  - VİDEO
Eye

ABŞ vitse-prezidenti Cey Di Vensin həyat yoldaşı Uşa Vens “Marine Two” helikopterinin pilləkənlərindən düşərkən təhlükəli anlar yaşayıb.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Joint Base Andrews hərbi bazasında lentə alınıb.

Belə ki, ikinci xanım 2 aylıq körpəsini xüsusi “kenquru” çantasında daşıyarkən helikopterin sonuncu pilləsində ayağı sürüşüb.

Uşa Vens son anda tutacaqdan yapışaraq müvazinətini saxlaya bilib və yıxılmaqdan xilas olub.

Hadisədən dərhal sonra onun gülümsədiyi kameraya düşüb.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar