Ru
20:27 / 22 Oktyabr 2026

Vətən müharibəsi qazisi qətlə yetirildi

Eye

Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.


"Bakupost" Unikal.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, oktyabrın 21-də gecə saatlarında Qobustan qəsəbəsində şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə xəsarət yetirib.

Polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar