Ru
16:12 / 31 Avqust 2026

Vətən müharibəsi veteranı 7 uşaqlı ailəyə pul yığıb ev aldı - VİDEO

Vətən müharibəsi veteranı 7 uşaqlı ailəyə  pul yığıb ev aldı - VİDEO
Eye

44 günlük Vətən müharibəsinin veteranı Əli İbrahimov 7 uşaqlı ailəyə ev almaq üçün yardım kampaniyası başladıb.

Əli İbrahimov “Bakupost”a bildirib ki, ailənin ağır vəziyyəti ilə bağlı sosial şəbəkədə paylaşım edib. Paylaşımın ardından dəstək olmaq istəyən şəxslər tərəfindən pul toplanıb və həmin vəsaitlə ailəyə ev alınıb.

Onun sözlərinə görə, ailə daha əvvəl konteynerdə yaşayıb. Ailə başçısı bağırsaq əməliyyatından sonra isə iş qabiliyyətini itirib:

“Mənə gün ərzində ehtiyacı olan ailələr yazır. Bu ailə də onlardan biri idi. Biz onları çəkib sosial şəbəkədə paylaşdıq. İnsanlar da həmin ailəyə dəstək oldular və nəticədə onlara ev aldıq”, - deyə Ə.İbrahimov qeyd edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar