Ru
14:50 / 19 Oktyabr 2026

Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - FOTO

Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı  - FOTO
Eye

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.

"Bakupost" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Əmr imzalayıb.

Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.

Digər Əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar