Vətəndaşlara vacib xəbərdarlıq: Yaxın Şərqdə gərginlik artır, səfərlər... - VİDEO
141
İran, ABŞ və İsrail arasında artan gərginlik bölgədə narahatlığı gücləndirib. Vəziyyət turizm və aviasiya sektoruna da təsir göstərməyə başlayıb. Turizm şirkətlərinin açıqlamasına görə, son günlər bilet ləğvlərinin sayı xeyli artıb.
Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Ekspertlər hesab edirlər ki, regionda gərginlik davam edərsə, bu vəziyyət həm turizm sektoruna, həm də beynəlxalq aviasiya əlaqələrinə daha ciddi təsir göstərə bilər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, insanların təhlükəsizliyə önəm verərək turizm səfərlərinin və planlarının dəyişməsi turizm sektoru üçün əlavə risk və xərclər yaradır:
"Qarşıdakı Novruz bayramı günləri uzunmüddətli tətil dövrü hesab olunurdu və turizm üçün önəmli bir dövr idi. Lakin müharibənin bu zamana təsadüf etməsi turizm şirkətlərini planlarını tamamilə dəyişməyə məcbur edib. Qısamüddətli dönəmdə tur paketləri və bilet qiymətləri risk səbəbindən və tələbat azaldığı üçün bir qədər aşağı düşə bilər. Amma ortamüddətli dövrdə isə qeyri-müəyyənlik və gərginliklər yeni marşrutların formalaşmasına səbəb olduğundan təyyarə biletlərinin qiymətində daha sonra bahalaşma müşahidə oluna bilər".
Qeyd edək ki, mövcud vəziyyət yerli turizmə marağı artırıb. Novruz ərəfəsində bölgələrdə fəaliyyət göstərən hotellər və kirayə evlərə müraciətlər artıb. Hotellərdə ikinəfərlik qiymətlər minimum 150 manatdan başlayaraq 400 manatadək davam edir.