Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır.
Bakupost.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim bildirib.
“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir”, - o bildirib.
Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı
xəbərlər yayılıb.