Mingəçevir şəhərində 49 yaşlı kişi mehmanxanada ölüb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.
Xatırladaq ki, C.Rəhimov Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.
Faktla bağlı araşdırma aparılır.