Ru
08:59 / 03 Fevral 2024

Vilayət Eyvazov döyülən idmançı Həsən Əzizovu qəbul etdi - VİDEO

10107
Daxili İşlər naziri Vilayət Eyvazov Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizovu qəbul edib.

Bu barədə zərərçəkən "Bakupost" TV -yə müsahibəsində bildirib.

Həsən Əzizov qəbul zamanı nazirə hadisə barədə məlumat verib. Məhz bundan sonra xuliqanlıq edən idmançılar saxlanılıblar:

"Mən cənab Vilayət Eyvazova təşəkkür edirəm. O, bu məsələni şəxsən nəzarətə götürdü. İnanıram ki, mənə qarşı bu vəhşiliyi edənlər layiqli cəzalarını alacaqlar".




Qeyd edək ki, Hadisə bir neçə ay əvvəl Dəniz Mall-da baş verib. Lakin həmin vaxt idmançılarla bağlı heç bir tədbir görülməyib. Həsən Əzizov nazirlə görüşdən, hadisə barədə məlumat verdikdən sonra iş Səbail rayon Polis İdarəsindən alınaraq, Bakı Baş Polis İdarəsinə verilib. Daha sonra xuliqanlıq edən idmançılar saxlanılıblar.


Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman kariyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər