Ru
10:14 / 30 İyul 2025

Voleybol oynayarkən söyüş üstündə qan düşdü

Voleybol oynayarkən söyüş üstündə qan düşdü
Eye

Şəkidə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Bakupost.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə voleybol oyunu zamanı işlədilən təhqiramiz ifadələrə görə olub.

Belə ki, Baş Göynük kənd sakini Paşa Yusibovun evinin yaxınlığında voleybol meydançası olub və kənd sakinləri vaxtaşırı həmin meydançada voleybol oynayırmış. İyulun 29-da axşam saatlarında kənd sakinləri həmin meydançada voleybol oynayarkən kənd sakini Dəyanət Həşimov söyüş söyüb. Söyüşü eşidən P.Yusibov evindən çıxaraq meydançaya gəlib və onlara söyüş söyməməyi tapşırıb. Nəticədə Dəyanət Həşimov və Bünyad Babazadə P.Yusibovla mübahisə ediblər, ardınca onu döyüblər.

Evinə qayıdan P.Yusibov yaşadığı mənzildən bıçaq götürüb, hadisə yerinə qayıdıb. O, ilk olaraq D.Həşimovu ürəyindən bıçaqlayıb. Daha sonra isə o, B.Babazadəni bıçaqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar