Ru
14:34 / 28 Sentyabr 2026

“Volkswagen”dən 12 min dollarlıq elektrikli avtomobil - FOTO

“Volkswagen”dən 12 min dollarlıq elektrikli avtomobil  - FOTO
Eye

“Jetta” markasının ilk kütləvi istehsal elektrik sedanı olan “M6” Çində ön satışa çıxarılıb. Modelin başlanğıc qiyməti 12 min dollar müəyyən edilib.

“Bakupost” xəbər verir ki, “Volkswagen” və “FAW” tərəfdaşlığı ilə yaradılan “Jetta”nın yeni modeli üç fərqli versiyada təqdim olunur. Giriş səviyyəli “M6 465 Pro” versiyası 152 at gücündə mühərrik və 42,9 kVt/saatlıq batareya ilə 465 kilometr yürüş məsafəsi təklif edir.

“M6 555 Max” versiyası 13 500 dollar qiymətləndirilir. Bu versiyada 194 at gücündə mühərrik, 51,9 kVt/saatlıq batareya və 555 kilometr yürüş məsafəsi var. Model panoram şüşə tavan, qızdırılan və havalandırılan elektrik oturacaqları ilə də təchiz olunub.

Təxminən 15 min dollarlıq “M6 555 Ultra” versiyasında isə ikinci səviyyə sürüş köməkçisi, masaj funksiyalı ön oturacaqlar və 256 rəngli işıqlandırma sistemi təqdim edilir.

Avtomobilin oktyabrın ortalarından etibarən müştərilərə çatdırılmasına başlanacağı bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar