Bu gün Bakı Apellyasiya Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) apellyasiya şikayətinə baxılıb.
Bakupoat.az xəbər verir ki, baş redaktorun vəkili Aqil Layıc Vüqar Məmmədovun səhhətində yaranmış problemlə əlaqədar onun ev dustaqlığına buraxılması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.