Qara dənizdə Rumıniya sahillərində ticarət gəmisi batıb.
"Bakupost" xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.
Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.
Xilas edilən Rüfən Xaliq Əhmədov xəstəxanaya yerləşdirilib.
Onun yüngül xəsarət aldığı bildirilir.