Ru
19:11 / 09 İyun 2026

"Xaç atası" filminin aktyoru vəfat etdi

"Xaç atası" filminin aktyoru vəfat etdi
Eye

Amerikalı aktyor Entoni Quidera 62 yaşında vəfat edib.


Bakupost.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Aktyorun ölümünə qəfil ürək dayanması səbəb olub. Həyat yoldaşı Valeri Quideranın sözlərinə görə, o, evinin qonaq otağında huşunu itirib. Quidera təcili xəstəxanaya çatdırılıb və üç həftə ərzində süni nəfəs aparatına qoşulub. Daha sonra həkimlər aparatı söndürmək qərarı veriblər.

Məlumata görə, həkimlər aktyorun ürəyinin niyə dayandığını müəyyən edə bilməyiblər.

Entoni Quideranın filmoqrafiyasında 30 ekran işi yer alıb. O, "Xaç atası 3" və "Xaç atası: Epiloq. Maykl Korleonenin ölümü" filmlərində Entoninin mühafizəçisi rolunu canlandırıb.

Aktyor, həmçinin "Armageddon", "Poçtalyon", "Təcili yardım", "Qaya", "Saxtakar", "Mələk" və "Detektiv Neş Brices" layihələrində də yer alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar