Ru
13:31 / 05 Sentyabr 2026

Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi

Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı -  Aparat təkzib etdi
Eye

"44 günlük müharibə zamanı Ermənistanın 4800 hərbçisi həlak olub".


"Bakupost" qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqanın CEVRO universitetində çıxışı zamanı bildirib.

Bundan sonra Ermənistan Prezidentinin Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aqasi Marqaryan açıqlama yayaraq, dövlət başçısının 44 günlük müharibədə ölən erməni hərbçilərin sayında səhvə yol verdiyini bildirib.

"Səhvə görə üzr istəyirik və dəqiqləşdiririk: 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir", - Marqaryan əlavə edib.

Qeyd edək ki, Ermənistandakı son rəsmi məlumatlarda II Qarabağ müharibəsində ölən erməni hərbçilərin sayı 3833 nəfər göstərilmişdi.

Şərhlər
  • B.Süni intellekt

    Kremlin özünün 74 il sonra ləğv etdiyi SSRİ dövrü nəzərə alınmasa 1987-2023cü illər savaşında Azərbaycanın rəsmən ilkin tarixi ərazilərinin və canlı itgilərinin sayının azı ikiqat çox olduğunu, bir qərinılik əsarət illərinin itgiləri üzrə hesabi qalib-üstün hansı dövlət olur? 14.06.1988cı il tarixli fərman vermiş Ermənistan mühafizəkarları lütfen, həmin suala vicdanlı-insan hüquqlarına ciddi mühakimə ilə münasibət bildirsinlər? Azərbaycan tərəfi Ermənistanın bir qarış ərazisinə, sərhəddinə belə toxunmayıb!? Heç olmazsa, əhalisi artmış Azərbaycana SSRİnin Ermənistana verdiyi ərazilərinin qaytarılması təzminatın bir hissəsi ola bilərdi?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar