Ru
11:59 / 12 Noyabr 2025

Xalq artisti konsertini təxirə saldı – Təyyarə qəzasına görə

Xalq artisti konsertini təxirə saldı – Təyyarə qəzasına görə
Eye

Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə xalq artisti özü məlumat verib.

Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasına səbəb ötən gün Türkiyəyinin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğramasıdır.

“Orada 20 hərbiçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız, acımızdır, əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Konsertin yeni vaxtı ilə bağlı məlumat verəcəyik. Anlayışınız üçün təşəkkür edirəm”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar